Hitlerin komanda məntəqəsini bombalayan pilot öldü

HADİSƏ 20 mar 2023, 21:36
Berlinin bombalanmasında iştirak edən sonuncu hərbi pilot Moskvada dünyasını dəyişib.
 
Demokrat.az
TASS-a istinadla xəbər verir ki, Vasili Reşetnikovun 103 yaşı var idi.

1942-ci ildə Reşetnikov Polşanın Angerburq şəhərində Adolf Hitlerin komanda məntəqəsini atəşə tutub. Həmin il general Berlinin və Almaniyanın bir sıra digər şəhərlərinin bombalanmasında iştirak edib. 

Pilot Stalinqrad və Kursk döyüşlərinin iştirakçısı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top