Jurnalist “Bank Respublika”nı konfidensiallıq qaydalarını pozmaqda ittiham etdi — FOTO

SOSİAL MEDİA 17 mar 2023, 17:25
Tanınmış jurnalist Vüqar Baba “Bank Respublika”nın müştərilərinə göstərdiyi xidməti tənqid edib. 

Demokrat.az
xəbər verir ki, Vüqar Baba “Bank Respublika”nı öz müştərilərinin biznes sirləri və konfidensiallıq qaydalarını pozmaqda ittiham edib:

“Müştəri bizə ödəniş etdikdə bankın həmin məbləği hesabımıza köçürmək üçün hər ay bizdən müqavilə və qaiməni bankın emailinə göndərməyimizi istəməsi normaldırmı? Bank Respublika  hər ay bu sənədləri ona göndərmədən pulumu hesabıma köçürmür. Müqaviləni istəməklə müştərinin biznes sirləri, konfidensiallıq filan veclərinə deyil. Üstəlik, hər ay qaimə istəmələri... 



Müqavilə bankda varsa hər ay niyə qaimə istəyir? Və hər ay mən buradan “Bank Respublika”ya zəng eləməliyəm ki, 3-4 gündür qaiməni də, müqaviləni də göndərmişəm, pulumu niyə köçürmürsünüz?! 

Cavab da ya bu olur ki, “bizə gəlməyib”, ya da “emailinizi görməmişik”. Bu nə bankçılıqdı axı?! Bütün banklar belədi? Bu cür olmayan, VÖEN hesabı köçürə biləcəyim hansı bankı tövsiyyə edə bilərsiniz?”.

Sözügedən ittihamlara “Bank Respublika” hələlik cavab verməyib. 




Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top