Bakıda oğlan sevgilisinin itini oğurladı — ŞOK CİNAYƏT

KRİMİNAL 17 mar 2023, 10:38
Naxçıvan şəhər sakini, 1994-cü il təvəllüdlü Tahir sevgi münasibətində olduğu Səbinənin (adlar şərti verilib – red.) itini oğurlayıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Nizami rayonunda baş verib. 

İttihama görə, Tahir Səbinənin ənzilindən “Pekines” cinsli itini oğurlayaraq 500 manat ziyan vurub.

İş üzrə izahat verən Tahir bildirib ki, Səbinəni 2020-ci ilin avqust ayından tanıyır: 

“Qeyri-rəsmi olaraq birlikdə yaşamışıq. 2021-ci ilin mart ayında ayrılmışıq. Sonradan yenidən münasibətlərimizi bərpa edərək 2023-cü ilin yanvar ayının ortalarına kimi birlikdə yaşamışıq. Səbinə ilə aramızda sözlə mübahisə oldu və biz bu səbəbdən ayrıldıq”. 

Tahir qeyd edib ki, Səbinəyə hədiyyə aldığı “Pekines” cinsli iti ondan geri almaq məqsədi ilə onun yaşadığı evə gedib: 

“Məndə olan açarla mənzilə daxil oldum və iti götürdüm. İti götürdükdən sonra bu barədə Səbinəyə məlumat verdim. Səbinə məndən iti qaytarmağımı tələb etdi. İti 2-3 günə qaytaracağımı bildirdim. Lakin sonradan Səbinə mənimlə kobud danışdığından iti qaytarmaq fikrindən yayındım. İti bir nəfər tanışıma verdim”.

İş üzrə zərərçəkmiş qismində tanınan Səbinənin sözlərinə görə, Tahirlə qeyri-rəsmi ailə həyatı qurub: 

“2022-ci ilin dekabr ayında Tahir təxminən 2-3 günlük yaşadığım evə gələrək mənimlə birlikdə yaşadı. Mən evin açarının bir nüsxəsini ona verdim. Tahir bir neçə gün mənimlə yaşadıqdan sonra getdi. Sonradan Tahir “Whatsapp” proqramı vasitəsi ilə video göndərərək mənə məxsus olan “Pekines” cinsli iti götürdüyünü bildirdi, məni nalayiq ifadələrlə təhqir etdi. Tahirdən iti qaytarmasını bildirsəm də, o, iti qaytarmadı. Mənə 500 manat maddi ziyan dəyib”.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsində Tahirin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati qaydada protokol yazılıb. 

İş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. 

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Tahir 1 ay müddətinə inzibati qaydada həbs edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top