SON DƏQİQƏ! Sərhədimizi pozan İran vətəndaşlarının məhkəməsi başlayır

KRİMİNAL 17 mar 2023, 09:10
Azərbaycan dövlət sərhəddini pozmaqda ittiham olunan İran vətəndaşları Nəzəri Əliağa, Mirveyis Rezayi və Fəyyaz Muhəmədmehdinin barəsində cinayət işi başlanıb.
 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Onların barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib. 

Cinayət işi araşdırılması üçün hakim Qalib Paşayevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top