Viktor Yuşşenko Ukraynanın ali mükafatını Əlibala Məhərrəmzadəyə təqdim etdi — FOTO

DİASPOR 14 mar 2023, 11:01
Ukrayna Ali Radasının sədri Puslan Stefançukun sərəncamı ilə iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasındakı “Ukrayna Ticarət Evinin” baş direktoru Əlibala Məhərrəmzadə Ukraynanın beynəlxalq nüfuzunun yüksəldilməsindəki xidmətlərinə, Ukraynaya Rusiya təcavüzü dövründə dəstək nümayişinə görə Ukrayna Ali Radasının fəxri diplomuna layiq görülüb.

Demokrat.az
xəbər verir ki, Ukrayna Ali Radasının fəxri diplomunu Əlibala Məhərrəmzadəyə Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko təqdim edib. 

Qeyd edək ki, Əlibala Məhərrəmzadə buna qədər Ukrayna Prezidenti tərəfindən III dərəcəli “Xidmətə görə” ordeni ilə, Ukraynanın baş naziri tərəfindən Fəxri Diplomla təltif olunub.

Yeri gəlmişkən, Viktor Yuşşenko 10-cu Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıda səfərdədir. (Bizim.Media)



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top