"Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi

DAXİLİ SİYASƏT 09 may 2025, 11:43
Prezident İlham Əliyev "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Demokrat.az bu barədə President.az-a istinadən xəbər verir.

Qanuna dəyişikliklə, heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında" aparılır.

Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən baytarlıq xidməti və nəzarəti tədbirləri sırasından heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı çıxarılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top