Yeni Roma Papası hansı futbol klubunun azarkeşidir?

DÜNYA 09 may 2025, 17:49
"Roma Papası XIV Leo İtaliyanın "Roma" komandasına azarkeşlik edir".

Demokrat.az "Ansa" agentliyinə istinadla xəbər verir ki, bunu Florensiyadakı Santo-Spirito monastrının keşişi Cüzeppe Paqano deyib.

"Mən 1983-cü ildə Romada onunla birlikdə oxumuşam, sonra isə beş il bir yerdə işləmişəm. O, idmanı sevir və "Roma"nın böyük fanatıdır.

"Fiorentina" ilə matçdan sonra mənə zarafatla demişdi: "Roma"nın qələbəsi Papa Fransiskin ölümündən sonra ilk möcüzəsidir" , - deyə Cüzeppe Paqano vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top