Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər

DÜNYA 09 may 2025, 23:23
Yaxın Şərqdə müharibə genişlənə bilər.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil.
Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top