“Bəxtiyarın mələkləri”nin “aksiya” keyfi — Onların əsl istəyi...

TƏHLİL 08 mar 2023, 17:18
“Ay Bəxtiyar hardasan?!”... Bu gün Bakıda keçirilən 5-6 nəfərlik “8 marş” aksiyasına ən maraqlı, həm də real şərh bu sözlər oldu. Sosial şəbəkə istifadəçilərindən birinin yazdığı bu şərh özündə hər şeyi ifadə edir. Çünki aksiyaya çıxanların başda Nərmin Şahmarzadə olmaqla əksəriyyətinin Bəxtiyar Hacıyevin “samovar”ları olduğu ifşa olunan foto/videolardan, qrup yazışmalarından bəllidir.

Qadın azadlığından danışan, özlərini feminist adlandıran bu kəslərin həyat tərzi Bəxtiyar Hacıyevin həyat tərzi ilə eynidir. Azadlığı “azad seks” olaraq görür, nəinki Azərbaycanda, dünyanın heç bir yerində qəbul edilməyən qeyri-əxlaq qaydaları ilə yaşamaq istəyirlər. Misal üçün, Nərmin Şahmarzadənin əxlaqdan uzaq həyat tərzini bilməyən yoxdur, yaxud hər il eyni “aksiyaya” çıxanların qeyri-etik şüarlar səsləndirdiyi, küçə söyüşlərindən istifadə etdiyini də hər kəs bilir. Bu həyat tərzini onların öz şəxsi işi hesab etmək olar, o vaxta qədər ki, bu kəslər küçəyə çıxıb “qadın azadlığı” adı altında pozğun həyat tərzini təbliğ etməsinlər. Bunu edirlərsə, artıq onların həyat tərzi müzakirə mövzusuna çevrilir. 



Necə ki, Bəxtiyar Hacıyevin əxlaqsızlığı onun “şəxsi həyatı” deyil. Çünki Bəxtiyar Hacıyev insan haqlarından, təmizlikdən, mənəviyyatdan danışdığı halda dostunun, yol yoldaşının namusuna göz dikib, öz çevrəsindəki bütün xanımlara “seks obyekti” kimi baxıb. “Qadın azadlığı” adı altında küçəyə çıxıb aksiya keçirməyə cəhd edən bu xanımların da əxlaqdan uzaq həyat tərzi artıq onların “şəxsi həyatı” olmaqdan çıxır. Azərbaycan cəmiyyəti, xüsusilə xanımlarımız haqlı olaraq onların hüququndan danışanların əxlaqdan uzaq davranışlarını tənqid edirlər və həm də belələrinin nə Azərbaycan qadınının təmsilçisi olmasına, nə də Azərbaycan qadınının hüquqlarından danışmasına icazə vermirlər.

Sosial şəbəkə istifadəçilərinin aksiya haqqında “ay Bəxtiyar hardasan?!” şərhi də aksiyaya çıxanlarla Bəxtiyar Hacıyevin eyni mənəviyyata, eyni əxlaqa malik olmasından qaynaqlanır.

5-6 nəfərdən ibarət olan qrup aksiya adı ilə toplaşdılar, şüarlar səsləndirdilər, sonra da dağılışdılar. İştirakçıların kimliyini araşdıranda əksəriyyətinin Bəxtiyar Hacıyevlə əlaqəsinin olduğu faktı ortaya çıxır. Bu da aksiyanı “8 marş” yox, “Bəxtiyarın mələkləri” adlandırmaq daha doğru olar.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top