Operativ Qərargah pandemiya və vaksinasiya ilə bağlı son vəziyyəti açıqladı

SOSİAL 13 fev 2023, 20:05
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 235 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 986 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 150 nəfərdir.

Ölkədə son sutka ərzində 879, hazırkı dövrədək isə 7 505 997 test aparılıb.




***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 0, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 945 463, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 972, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 952, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 415 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top