"Ermənistan tərəfindən təxribat ehtimalları olması mümkündür, amma genişmiqyaslı hərbi əməliyyatların aparılması gözlənilmir".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Sabiq xarici işlər naziri Azərbaycanın Qubadlı və Laçın istiqamətlərində hərbi imkanlarının çox güclü olduğunu diqqətə çatdırıb:
"Bu baxımdan, o istiqamətlərdə hansısa hücum versiyasını qəbul etmək olmaz və bu cür yanaşmalar tamamilə cəfəngiyyatdır. Azərbaycan Ordusu istənilən hücumların qarşısını almağa və daha dağıdıcı zərbə endirməyə qadirdir.
Ümumiyyətlə, İranla Fransanın koordinasiyalı işi diqqət çəkir. Avropa İttifaqının Ermənistanda yerləşməsi, İranın buna təmkinli reaksiya verməsi onu göstərir ki, bunlar arasında koordinasiya var. Əslində, Ermənistan üçün təxribat məsələsi heç də yad deyil və hər an gözləniləndir. İran və Ermənistandan Azərbaycana qarşı hər zaman hansısa təxribatın olacağı ehtimalları yüksək olub”.
Aynurə
Demokrat.az