“Azərbaycanın bu əraziləri 8-9 ballıq zəlzələ zonasıdır” — Qurban Yetirmişli

SOSİAL 10 fev 2023, 14:13
Türkiyədə baş verən güclü zəlzələdən sonra ard-arda afterşoklar davam edir. Zəlzələ təkcə Türkiyədə deyil, qonşu ölkələrə də öz təsirini göstərir.

Belə bir məqamda Azərbaycanın hansı zonalarının daha seysmik olması gündəmə gəlib.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli AZXEBER.COM-a açıqlamasında deyib ki, ölkəmiz tam seysmik zonada yerləşir:

"Azərbaycan tam seysmik zonada yerləşir. Təkcə Azərbaycan yox, bütün Alp dağlarından tutmuş, Krım, Qafqaz, oradan keçir Pamir, Tyanşan və Sakit okena doğru. Böyük seysmik qurşağın biri də buradan keçir və biz də tam seysmik zonada yerləşirik”. 

"Burada Xəzər dənizidir - Xəzərin cənubu, cənub-şərqi, şərqi, şimalı, daha sonra Azərbaycanın şimalı – Quba-Xaşmaz, qərb zonası, şimal-qərbi – Şəki-Zaqatala, Balakən, qərb zonasından Gəncəbasar, Şamaxı-İsmayıllı zonası, Böyük Qafqazın zənub-şərq zonası, Talış dağları, Lənkəran, Naxçıvan. Hamısı 8-9 ballıq zəlzələ zonasıdır. Yəni, ölkəmiz tam seysmik zonadadır”, - deyə Qurban Yetirmişli əlavə edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top