“Türkiyəyə yardımları daha tez çatdırmaq üçün Ermənistandan yol istəməliyik”

GÜNDƏM 09 fev 2023, 15:24
“Məncə indi məqamdır. Azərbaycan Türkiyəyə yardımları daha tez çatdırmaq üçün Ermənistandan Mehri (Zəngəzur) dəhlizi vasitəsilə yol istəməlidir”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri Avropada yaşayan jurnalist Fijrət Hüseynli bildirib.

Daha sonra o qeyd edib: “Düşünürəm Paşinyan praqmatik siyasətçidir və bunu rədd etməyəcək. Nəticədə avtomatik olaraq həmin ərazidə yaşayan ermənilər azərbaycanlıların yırtıcı canavar olmadığına öyrəşəcəklər. Yol verilməsə, Ermənistanın Laçın dəhlizilə bağlı beynəlxalq təşkilatların qarşısında qaldırdığı iddialar dəyərsizləşəcək və Azərbaycanın əli güclənəcək. Niyə Mehri və Naxçıvandan keçib 1 günə yardımları çatdırmaq varkən Gürcüstan vasitəsilə 2 günlük məsafə qət edilməlidir?”.

Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top