64 saat sonra xilas edilən gəncin divara yazdığı yazı hər kəsi ağlatdı — VİDEO/FOTO

MARAQLI 09 fev 2023, 13:31
Antalya Böyükşəhər Bələdiyyəsi Axtarış-Xilasetmə qrupları tərəfindən Kahramanmaraşın Bahçelievler rayonundakı Selin Mənzilində axtarışda olan 24 yaşlı Doğan Akkök zəlzələdən 64 saat keçdikdən sonra sağ-salamat xilas edilib. 

Demokrat.az
bu barədə "Hurriyyet"ə istinadla xəbər verir. 

Gəncin əlindən möhkəm tutan xilasedicilər Akkökün huşunu itirməməsi üçün onunla bir müddət söhbət edib.

Uzun səylər nəticəsində xilasedicilər Doğana çata bilib. 3 gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan dağıntılar altından çıxarılaraq təcili yardımla xəstəxanaya göndərilib.

Onun dağıntı altında olarkən divara yazdığı söz diqqəti çəkib:

"Ümidini itirmə”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top