Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım göndərəcək

GÜNDƏM 09 fev 2023, 09:01
Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir.

Demokrat.az
xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib.

“Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə Fond rəsmisi qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top