Türk Hava Yolları 80 uçuşla zəlzələ bölgəsinə 11780 könüllü çatdırıb

GÜNDƏM 07 fev 2023, 21:56
Türk Hava Yolları  Kahramanmaraşdakı böyük zəlzələdən sonra axtarış-xilasetmə işlərinə qatılmaq istəyən 11 min 780 könüllünü 80 uçuşla zəlzələ bölgəsinə aparıb.

Demokrat.az
xəbər verir ki, dünən səhər saatlarından etibarən  İstanbul Hava Limanı, Ankara Esenboğa Hava Limanı və İzmir Adnan Menderes Hava Limanından xüsusi uçuşlar təşkil edərək, axtarış-xilasetmə qruplarının zəlzələ bölgələrinə çatmasına şərait yaradıllb. THY-nin baş direktoru Bilal Ekşi bu səhərə qədər Adana, Qaziantep, Adıyaman və Şanlıurfaya 80 uçuş təşkil edildiyini açıqlayıb. Ekşi açıqlamasında, "AFAD-ın dəvətinə əsasən, zəlzələ bölgəsinə getmək üçün hava limanlarımıza gələn 11 min 780 könüllü vətəndaş 80 uçuşla Adana, Qaziantep, Adıyaman və Şanlıurfaya aparılıb". deyə bildirib.

Qeyd etmək lazımdır ki, təyyarələr zəlzələ bölgələrindən qayıdan sərnişinləri 100 TL-yə daşıyacaq.

Aysun

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top