Gəncədə 39 yaşlı kişi azyaşlıya niyə zorakılıq edib? — TƏFƏRRÜAT

KRİMİNAL 07 fev 2023, 14:10
Gəncə şəhərində azyaşlının döyməkdə ittiham olunan 1982-ci il təvəllüdlü Etibar Əliyevin azyaşlıya xəsarət yetirməsinin bəzi təfərüatı məlum olub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 5-də, saat 13.00-da baş verib. 

Etibar Əliyevim həmin vaxt azyaşlı oğlanla aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, “Qala” Ticarət Mərkəzinin yaxınlığında, insanların toplaşdığı yerdə azyaşlının vuraraq ona fiziki ağrı yetirib. 

Etibar Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə inzibati xəta haqqında protokol yazılıb. 

Onun barəsində toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib.

Hakim Orxan Cəfərlinin sədrliyi ilə baş tutan iclasda Etibar Əliyev izahat verib. O bildirib ki, azyaşlı onu nalayiq ifadələrlə təhqir edib: “Bu zaman əsəbiləşərək azyaşlını vurdum. Etdiyim əməldən peşmanam”. 

Məhkəmənin qərarı ilə Etibar Əliyevin barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top