Seysmoloji Xidmət Mərkəzindən ŞOK AÇIQLAMA: Bina tikənlər bizdən rəy almırlar!

SOSİAL 06 fev 2023, 15:31
Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycanda da bəzi problemləri gündəmə gətirib.

Demokrat.az
xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirdiyi mətbuat konfransında bir sıra məsələlərdən danışıb.

Q.Yetirmişli Azərbaycanda fəlakətli zəlzələnin gözlənilmədiyini qeyd edib.

Amma o, çox ciddi bir məsələnin üstünü açıb.

“2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq”, - deyən Qurban Yetirmişli həyəcan təbili çalıb
.
O qeyd edib ki, müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər: 

“Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.
Q.Yetirmişli deyib ki, 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır. Bu zaman xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər məsələlər nəzərə alınmalıdır.

"Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri isə əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər".
Qurban Yetirmişli binaların bir-birinə yaxın tikilməsinin təbii fəlakətlər zamanı yarada biləcəyi çətinliklərindən də danışıb:

“Birmərtəbəli binanı söküb, yerində çoxmərtəbəli bina tikirlər, amma yanğınsöndürənlərin, xilasedicilərin gəlməsi üçün yol saxlamırlar. Bu, ciddi problemdir”. (modern.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top