Prezident: “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”

XARİCİ SİYASƏT 06 fev 2023, 15:12
Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə azı 912 nəfər ölüb, 5 385 nəfər yaralanıb. 1 710 bina dağılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top