Zəlzələ bölgəsində dərslər 1 həftə dayandırıldı

REGİON 06 fev 2023, 11:55
Türkiyədə zəlzələnin baş verdiyi regionlarda tədris prosesi 1 həftə müddətinə dayandırılıb. 

Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib. 

Bildirilib ki, müvafiq qərara əsasən, regiondakı məktəblər və digər təhsil müəssisələri bağlanıb. 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top