"Taliban"ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən prof. İsmayıl Məşəl həbs edilib.
Demokrat.az xəbər verir ki, pulsuz kitablar paylayarkən həbs edilən Prof. Məşəlin adı, Talibanın qızların universitetlərdə və orta məktəblərdə təhsil almasına qadağa qoymasına etiraz edərkən məlum olub.
37 yaşlı akademik Taliban tərəfindən "təxribat xarakterli hərəkətlərdə" ittiham edilib.
İnformasiya və Mədəniyyət Nazirliyinin Taliban rəsmisi Əbdül Haq Hammad Twitter hesabından verdiyi açıqlamada, Məşəlin jurnalistləri əsas yolda toplamaqla “xaos” yaratmaqda günahlandırıldığını bildirib.
Qeyd etmək lazımdır ki, professor həbs olunan zaman Taliban qüvvələri tərəfindən sillə və yumruq zərbələri alıb. Bununla belə, Əbdül Haq Hammad professorla həbsdə yaxşı rəftar edildiyini müdafiə edib.
Aysun