“İran bu hərəkəti ilə cinayətin arxasında özünün dayandığını bir daha təsdiqlədi”

SİYASƏT 03 fev 2023, 17:39
"İran uzun illərdir ki, Azərbaycanda agentura şəbəkəsini qurmağa çalışıb. Bunun üçün də müxtəlif vasitələrdən istifadə edib. Əsas məqsəd güclənən Azərbaycanın daxilində müəyyən qarşıdurmalar və milli təhlükəsizliyə təhdid yaratmaqdır. Əlbəttə ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanlarımızın ayıq-sayıqlığı nəticəsində İranın agentura şəbəkəsi aşkarlanıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Onun sözlərinə görə, İran Azərbaycana qarşı son illər daha qərəzli siyasət yürüdür:

"Əlbəttə ki, İranın molla rejiminin bu günə kimi ölkəmizdə agentura şəbəkəsini yaratmaq niyyəti iflasa uğrayacaq. Təəssüf ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədildi və bir vətəndaşımız həyatını itirdi. Çox təəssüf ki, İran vətəndaşı Yasin Hüseynzadə psixi xəstə kimi qələmə verildi. Rəsmi Tehran terroru ört-basdır edib məsələyə ailə-məişət donu geyindirir və hadisənin əsl mahiyyətinin izlərini silməyə çalışır. Cinayəti törətmiş şəxsin  ruhi xəstə adı ilə xəstəxanaya yerləşdirilməsi də onu sübut edir ki, bu terror aktına çox ciddi hazırlıq işləri aparılıb.  Bu hal onu sübut edir ki, İran bu hərəkəti ilə cinayətin arxasında özünün məkrli niyyətinin dayandığını bir daha təsdiqləmiş olur".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top