Azərbaycan və Macarıstan arasındakı dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya qitəsi üçün çox önəmlidir

SİYASƏT 03 fev 2023, 12:49
Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq, öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. 2004-cü il sentyabr ayında Azərbaycanın Macarıstanda, 2009-cu il yanvarın 12-də  isə Macarıstanın  Azərbaycanda səfirliyi yaradıldı. 1994- cü ildən Azərbaycan ilə Macarıstanın dövlət rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyət təşkil edib. 2008- ci ildən isə prezidentlərin qarşılıqlı səfərləri, parlament və hökumət nümyayəndələrinin görüşü intensiv xarakter alıb. Bu gün iki ölkə arasında münasibərlər  yeni mərhələyə qədəm qoyub. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı da bunun şahidi olduq.  

Azərbaycan və Macarıstan arasındakı dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən, Macarıstan və Azərbaycan dost ölkələrdir. Budəfəki səfər çərçivəsində də  Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalandı.

 İki ölkə arasında imzalanan sənədlər münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymaqda mühüm rol oynyacaq. Çünki imzalanan sənədlərə əsasən, Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələri təsis edildi. İqtisadiyyat, Qida Təhlükəsizliyi, Miqrasiya Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolun imzalanması ölkələrimiz arasında münasibətlərin perspektivindən xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban  mətbuata bəyanatında iki ölkə arasında dostluq münasibətlərinin  yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. Dedi ki, . hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Prezident İlham Əliyev bu dostluğun getdikcə inkişaf etdiriləcəyini vurğuladı. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Uzun illər ərzində aparılan  uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.  Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə  və tərəfdaşlarımızla təmaslar da var.

Qürurla deyə bilərik ki, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş  hesab edir. Hadisələrin gedişi göstərir ki,  enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra  Avropa üçün etibarlı tərəfdaş olsun. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini indi Azərbaycan  canlandırıb. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

İki ölkə arasında təhsil və minatəmizləmə sahəsində əməkdaşlığın çox yaxşı nəticələri var. Sevindirici haldır ki, macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Yaxın vaxtlarda  konkret layihələrin müzakirəsinə başlanılacaq. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində  Macarıstanla birgə işləsin. Çünki həmin sahədə macarlıların böyük təcrübəsi var. Bütün bunlar təsdiqləyir ki, iki ölkə arasında  əməkldaşlıq getdikcə genişlənir.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top