“Azərişıq” 12 xidmətin elektronlaşdırılmasını reallaşdırıb

SOSİAL 03 fevral 2023, 12:03
"Azərişıq" ASC olaraq, 2022- ci ildə 12 ədəd xidmətin elektronlaşdırılmasını reallaşdırmışıq".

Demokrat.az
xəbər verir ki, bu sözləri mətbuat konfransında "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov bildirib. 

"Bu xidmətləri yerinə yetirməkdə məqsədimiz vətəndaşları pandemiya dövründə və ya digər hallarda insanların rahat şəkildə ev, iş yerində və s. onlayn formada  asanlıqla yerinə yetirə bilməsidir. İllər üzrə elektron müraciətlərin dinamikasına nəzər saldıqda, digər illərə nisbətdə 2022-ci ci ildə elektron müraciət sayı  qat-qat artıq olmuşdur. Bu xidmətlərin elektron olması hər bir vətəndaş üçün əlverişlidir". 

Q.Həmidov  12 elektron xidmətdən əlavə, növbəti illər ərzində yeni layihələrə imza atılacacağını bildirib.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top