Macarıstanın XİN rəhbəri Azərbaycana gəldi

XARİCİ SİYASƏT 03 fev 2023, 08:56
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto cümə günü Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin beynəlxalq görüşündə iştirak etmək üçün Bakıya səfərə gəlib. 

Demokrat.az
xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, görüşdə onun Cənub-Şərqi Avropadan olan həmkarları da iştirak edəcək. 

"Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. 

Azərbaycanda hasilatın artırılması hesabında təbii qazın alınması Mərkəzi Avropaya təbii qaz tədarükü üçün yeni mənbələrin tapılması baxımından ən real ssenaridir", - deyə nazir bildirib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top