“NATO Avropanın təhlükəsizliyindəki roluna diqqət yetirməlidir”

SİYASƏT 02 fevral 2023, 21:37
“NATO Avropanın təhlükəsizliyindəki roluna diqqət yetirməlidir”.

Demokrat.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Çin dünyada sülhə və sabitliyinə sadiqdir. 

“Çin geosiyasi rəqabət aparmır və heç bir ölkəni də təhdid etmir. Ümumiyyətlə, Asiya-Sakit Okean regionunda sülh, sabitlik və firavanlıq nail olmaq üçün Avropa Birliyi ölkələrinin birgə səyləri mühümdür. Biz NATO-nun Avropada nələr etdiyini gördük. NATO Asiya-Sakit okeanda və ya dünyanın başqa yerlərində qarışıqlıq toxumu səpməməlidir. Ümumiyyətlə, ABŞ öz maraqları üçün regionda oyunlar oynayır,  Asiya-Sakit okean regionunda hərbi qüvvələrini yerləşdirir. Bu isə regionda gərginliyi artıracaq, sülh və sabitliyə zərər verəcək bir inkişafdır”.

Aynurə 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top