Salyanda 2 Fevral - Gənclər günü münasibətilə toplantı keçirildi

SOSİAL 02 fev 2023, 19:21
02 fevral 2023-cü il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayon İcra Hakimiyyətinin və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı 26 yanvar-2 fevral tarixlərdə keçirilən Gənclər Həftəsi çərçivəsində 2 Fevral - Gənclər günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda toplantı, fəal gənclərin təltif olunması və musiqili konsert proqramı keçirilmişdir.

Tədbirdə Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi, Bakı şəhərində təhsil alan, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.

Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş etdirildi.

Salyan rayon İcra Hakimiyyəti başçısı cənab Sevindik Hətəmov tədbiri açıq elan edərək rayon gənclərini 2 fevral gənclər günü münasibətilə təbrik etdi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən söz açaraq gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilmələri üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində önə çəkildiklərini bildirdi.

Tədbirdə çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffəz Ali Baş komandanın rəhbərliyi 44 günlük “Vətən müharibəsi”ndə qəhrəmanlıq dastanı yazdı. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin II kurs tələbəsi Səbinə Axundova, Yeni Azərbaycan Pariyası Salyan rayon Təşkilatının məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Yalçın Abdullazadə, Qarabağlı-2 kənd tam orta məktəbin müəlliməsi Nurtən Mehdiyeva, Rayonun fəal gənci Mais Günəşli, Şəhər 8 saylı tam orta məktəbin X sinif şagirdi, “Əziz Şuşa, sən Azadsan!” Respublika inşa müsabiqəsində II yerin qalibi Lalə Salmanlı çıxışlarında qeyd etdilər ki, Dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Çıxışlardan sonra Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən bir qrup rayon gənci fəxri fərman və hədiyyələrlə təltif edildi, Yeni Azərbaycan Partiyasına yeni daxil olmuş bir qrup rayon gəncinə vəsiqələr təqdim olundu. Daha sonra tədbir rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramları ilə davam etdirildi.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunan gənclərin siyahısı
1. Vəlizadə Murad Rasim oğlu- Salyan rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini
2. Ağabəyli Hüseyn Vüsal oğlu- Salyan rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı
3. Əhədzadə Toğrul Elvar oğlu - Salyan rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas
4. Əlizadə Nərgiz Etibar qızı - Slayan rayon Məhkəməsinin kargüzarı
5. Məlikov Tural Mehman oğlu - Salyan rayonun fəal gənci, videoqraf
6. Məmmədov Əli Məhərrəm oğlu - Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin hədiyyələri ilə mükafatlandırılan gənclərin siyahısı
1. Əhədov Elmir Əlimurad oğlu - Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin Mülki müdafiə hazırlıq şöbəsinin baş zabiti, baş leytenantı
2. Əsədullayev Oruc Rasim oğlu - Çuxanlı kəndində yerləşən N saylı hərbi hissənin zabiti, leytenant
3. Rəhimova Cəmilə Əmrah qızı - Mərkəz Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili yardım şöbəsinin həkimi
4. Əmirxanov Sahib Abat oğlu - Salyan rayon Pambıqkənd kənd tam orta məkətbin müəllimi, Vətən müharibəsi iştirakçısı
5. Hacıyeva Aytən Elxan qızı - Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi
6. Əsgərova Tubu Zəhmət qızı - Salyan Suvarma Sistemləri İdarəsinin kadrlar şöbəsinin rəisi
7. Qədirov Təbriz Amil oğlu - Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin Təhlükəsizlik texnikası üzrə mühəndisi
8. İsgəndərov Röyal Azad oğlu - Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin əməkdaşı
9. Qurbanov Röyal Səfər oğlu - Salyan Dövlət Kukla Teatrının aktyoru, fəal gənc
10. Günəşli Mais Fərhad oğlu - Rayonun fəal gənci
11. Salmanlı Lalə Şamil qızı - Şəhər 8 saylı tam orta məktəbin X sinif şagirdi,“Əziz Şuşa, sən azadsan” Respublika inşa yazı müsabiqəsində II yerin qalibi
12. Davudov Kənan Emin oğlu - Şəhər 8 saylı tam orta məktəbin X sinif şagirdi, Şəki şəhərində keçirilən Gənclərin Hərbi düşərgəsi və Qax rayonunda keçirilən Xüsusi Təyinatlı gənclik düşərgəsinin qalibi, Şahin Hərbi İdman Oyunlarının Respublika final mərhələsinin iştirakçısı

2 Fevral – Azərbaycan Gəncləri Günündə YAP bileti təqdim olunan gənclərin siyahısı
1. Hüseynova Dilşad Elşad qızı - Qarabağlı-1 kənd tam orta məktəbin müəllimi
2. Məmmədov Şəhriyar Eldar oğlu - Qarabağlı-1 kənd tam orta məktəbin müəllimi
3. Mehdiyeva Nurtən Hüseyn qızı – Qarabağlı-2 kənd tam orta məktəbin müəllimi
4. Maqsudova Asiya Mətləb qızı - Qarabağlı-2 kənd tam orta məktəbin müəllimi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top