Türkiyə, növbəti 5 il üçün strategiyasını açıqladı

REGİON 02 fev 2023, 14:58

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi pandemiyadan sonra böyük bir geri dönüş ilə ölkənin2022-ci il turizm nəticələrini açıqlayıb.

Demokrat.az xəbər verir ki,Türkiyə Gömrük İdarəsinin məlumatına əsasən,Türkiyənin 2022-ci ildə qəbul etdiyi turist sayı 51,4milyonu keçərək, pandemiyadan əvvəlki 2019-cu ilin rekord göstəricisi olan 51,8 milyonun 99%-ni təşkil edib. Bu rəqəmlə Türkiyə dünyanın 3-cü ən böyük turizmbazarı oldu.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, bu gün ölkənin 2022-ci il üçün olan turizm göstəricilərini açıqlayıb. Ersoy bildirir: “2022-ci ilin sonuna qədər qlobal turizmin ziyarətçi məlumatları pandemiyadan əvvəlki dövrlə müqayisədə 65% bərpa olunub, lakin Türkiyədemək olar ki pandemiyadan əvvəlki rəqəmlərə çatıb.Turizm gəlirlərindəki artım daha da qənaətbəxşdir; belə ki, 2022-ci ildə Türkiyənin turizm gəlirləri 2019-cu illəmüqayisədə 19% artımla rekord qıraraq 46,3 milyard dollaraçatıb. Bu nəticələr pandemiyadan sonra Türkiyənin böyükbir geri dönüş etdiyini təsdiqləyir və 2028-ci ilin sonuna qədər 90 milyon turist gətirəcəyimizə və 100 milyard dollarturizm gəliri əldə edəcəyimizə inanırıq” deyə qeyd edib.

“Türkiyə qlobal tanınma fəaliyyətlərini artıracaq vədayanıqlılığa diqqət yetirəcək”

Mehmet Nuri Ersoy sözlərinə belə davam edib: “Növbəti5 ildə hədəflərimizə çatmaq üçün bazarın çeşidləndirilməsinə, müəyyən bölgələrimizin və məhsullarımızın qlobal tanınmasına və brendləşməsinə, dayanıqlı   turizm ekosisteminin yaradılmasına diqqət yetirəcəyik. Türkiyə, Qlobal Dayanıqlı Turizm Şurası(GSTC) ilə hökumət səviyyəsində əməkdaşlıq müqaviləsi imzalayan ilk ölkədir. Qlobal Dayanıqlı Turizm Şurası ilə müqaviləmizdə, 2030-cu ilin sonuna qədər 3 addımlı plannəzərdə tutulur və bu vaxta qədər ölkəmiz 100% dayanıqlıturizm ekosisteminə sahib olacaq. Brendləşmə və qlobal tanınma fəaliyyətlərimiz ildən-ilə artacaq və 2028-ci ilin sonuna qədər ölkəmizin bütün turizm və mədəniyyəttəkliflərini dünyaya təqdim edən ümumi 9 destinasiya və 20məhsuldan ibarət olan alt brendimiz olacaq. Kommunikasiyada müxtəlifliyi və dayanıqlılığı davam etdirərək, 2028-ci ilə qədər 225 milyon dollarlıq satışkommunikasiyası büdcəsi ilə fəaliyyət göstərəcəyik”.

Türkiyə turizmin təşviqi fəaliyyətlərində müəyyənsahələrə diqqət yetirəcək; İnanc, Qastronomiya, Velosiped Turizminə xüsusi diqqət yetirməklə İdmanTurizmi və MICE əsas diqqət çəkən məqamlar olacaq.

Türkiyə ilin 12 ayı ərzində 81 şəhərində turizmtəchizatını çeşidləndirməklə yanaşı, Sağlamlıq Turizminədə diqqət yetirəcək. Arxeoloji cazibə nöqtələri yaradan Türkiyə, dünyanın ən qədim Neolit abidəsi olan TaşTepeler bölgəsində arxeoloji qazıntıları davam etdirəcək,İzmirdə və Likya Yolu daxilində Side-Antalya, Göreme-Kapadokiya, Bergama və Asklepion ərazilərində yeniarxeoloji parklar açacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top