Ərdoğan: "Tankların Ukraynaya göndərilməsi həll yolu deyil, riskdir"

REGİON 02 fev 2023, 00:12
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə ehtiyac olduğu təqdirdə tez-tez telefon danışığı aparıram.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində bildirib.

Türkiyə lideri Ukraynaya tankların göndərilməsi məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, tankların Ukrayana göndərilməsi həll yolu deyil: "Tankların göndərilməsi həll yoludur deyə bilmərəm, çünki bu, risklidir və daha çox silah alverçilərinin xeyrinədir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top