Saakaşvili tanınmaz halda — ŞOK GÖRÜNTÜLƏR (VİDEO)

REGİON 01 fev 2023, 15:07
Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin son görüntüləri yayılıb.

Demokrat.az
xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilir. Mixeil Saakaşvili özü isə iclasda müalicə aldığı klinikadan onlayn qoşularaq iştirak edir. 

Məhkəmədə çıxış edən Mixeil Saakaşvili durumunun kəskin pisləşdiyini və müalicə alması üçün icazə verilməsini istəyib.

Onun son halı görənləri şoka salıb.

Qeyd edilir ki, eks prezidentin çəkisi 120 kq -dan, 68 kq-a qədər düşüb.

Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. İşə hakim Giorgi Arevadze baxır. Mixeil Saakaşvili vəziyyətinin getdikcə pisləşməsi ilə əlaqədar ötən gün müalicə aldığı klinikada reanimasiyaya yerləşdirilib. Sabiq Prezidentin bədən çəkisinin təxminən 40 faizini itirdiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top