Çexiyalı jurnalistlər Laçın yoluna gəldi

QARABAĞ 01 fev 2023, 09:46
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yerinə Çexiya televiziyasının - "Ceskatelevize" kanalının əməkdaşları gəliblər.

Demokrat.az
-ın məlumatına görə, xarici jurnalistlər Gokan Eren. Nemecek Pavel, Cernohorsky Vaclavdır. 

Aksiya iştirakçıları xarici jurnalistləri aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırıblar. 

Hazırda xarici jurnalistlər aksiya yerindən çəklişlər edirlər. 

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top