Van Dammın azərbaycanlı gəlini ABŞ-a köçdü

ŞOU-BİZNES 31 yan 2023, 17:53
Dünyaşöhrətli aktyor Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Amerikaya köçüb.

Yenisabah.az xəbər verir ki. ərinin yanına köçən azərbaycanlı gəlin, geniş düşüncəli insanların əhatəsində olmaqdan məmnun olduğunu  və bu ölkədə özünü çox azad hiss etdiyini deyib: 

“Açıq fikirli mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlar və s. Fərqli dünya. İlk ayda böyük bir mədəniyyət şoku yaşadım, artıq ikinci aydır ki, burdayam, olduğum kimi qalsam da, eyni dalğaya girir, həm qəbul edildiyimi, həm də özümü evdəki kimi hiss edirəm. Maraqlıdır ki, sən yeni küçələr kəşf etmədən, yemək yeyib muzeylərə getmədən də, sadə ünsiyyətlə olduğun ölkənin ab-havasına girə və rahatlaşa bilərsən. İnsanlar öz ölkələrinin mədəniyyətini müxtəlif yollarla əks etdirirlər və bu, gözəldir. Nə qədər sima, nə qədər hekayə, nə qədər duyğu".  
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top