"İran Rusiyaya qarşı da ikiüzlü siyasət yürüdür..." — AÇIQLAMA

REGİON 31 yan 2023, 17:44
"İran qonşuları ilə etibarlı və səmimi münasibət qurmağa məcburdur. Çünki dünyada İrana qarşı ciddi sanksiyalar mövcuddur. Bu baxımdan da İran çalışmalı idi ki, Azərbaycan ilə münasibətləri pozulmasın". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib. 

Onun sözlrinə görə, Tehrandakı Azərbaycan Səfirliyində törədilən terror aktı rəsmi Bakı ilə Tehran arasında olan münasibətlərə ciddi zərbə vurub:

"Dünyanın İrana qarşı birləşməsi prosesi gedir. Bunun başlıca səbəbi isə İran rejiminin öz günahlarıdır. İran tədricən müttəfiqlərini itirməyə başlayıb. Hətta, Rusiya da İranın Azərbaycana qarşı olan qeyri-səmimi münasibətlərini dəstəkləmir. 

Digər tərəfdən isə hazırda Avropa İttifaqı "mülki missiya" adı altında Rusiyanın forpostu olan Ermənistana öz qüvvələrini yerləşdirməyə başlayıb. Təbii ki, bu da Rusiyanı çox ciddi şəkildə narahat edir. Özünü Rusiyanın müttəfiqi kimi göstərməyə çalışan İran isə burada da Rusiyaya qarşı ikiüzlü siyasət yürüdür və Ermənistana dəstək verir. Ona görə də İranın qonşuları ilə münasibətlərində ciddi inamsızlıq yaranıb". 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top