Consonun bəyanatlarına görə Rusiya xəbərdarlıq etdi

DÜNYA 30 yanvar 2023, 23:34
"Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya prezidenti Vladimir Putinlə söhbəti də daxil olmaqla verdiyi bəyanatlar Avropada vəziyyəti daha da kəskinləşdirir" 

Bu barədə Rusiyanın Birləşmiş Krallıqdakı səfirliyi xəbərdarlıq edib.

"Bu bəyanatlar, o cümlədən İcmalar Palatasının Müdafiə Komitəsinin rəhbəri Tobias Ellvudun "Rusiya ilə üz-üzə görüşməyin" kimi səsləndirdiyi mülahizələr Avropa qitəsində kəskin hərbi və siyasi gərginliyin daha da artmasına gətirib çıxarır. Bu baxımdan İngiltərə hər gün getdikcə daha çox bu işə qarışır", - səfirliyin şərhində deyilir.

Britaniya Parlamentinin müdafiə komitəsinin rəhbəri Tobias Ellvud bildirib ki, artıq Ukraynada münaqişədə iştirak edən İngiltərə Rusiya ilə  üzləşməlidir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top