Gələcək Azərbaycan Partiyası bəyanat yaydı

GÜNDƏM 27 yan 2023, 15:19
Gələcək Azərbaycan Partiyası ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə bağlı xüsusi bəyanatla çıxış edib.

Demokrat.az
xəbər verir ki, bəyanatda deyilir: 

Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilən xain terror hücumunu şiddətlə qınayırıq. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn (1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci hissəsinə əsasən) səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütün təhlükəsizlik tədbirlərinin görülməsi məhz İran İslam Respublikasının üzərində idi. Məhz Vyana Konvensiyasına əsasən İran İslam Respublikası müvafiq öhdəliyini yerinə yetirməli idi. Məlum terror hücumuna İran hüquq mühafizə orqanlarının laqeyid qalması, qabaqlayıcı tədbirlər görməməsi bilavasitə bu hücumun təşkilatçısının, icraçısının və sifarişçisinin elə məhz İran İslam Respublikası olduğunu bizə deməyə əsas verir. 
 
Məlum terror aktını - son 1 ildə İran İslam Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı düşmənçilik siyasətinin nəticəsi hesab edir, ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edərək Azərbaycan Respublikasına təqdim edilməsini tələb edirik! 

İran İslam Respublikasını yeganə cavabdeh hüquqi subyekt olduğunu, bəyan edir, beynəlxalq hüquqa görə dövlətlərin terrorçuluğa qarşı mübarizə aparmalı olduğunu, terrorçuluğu dövlət səviyyəsində himayə olunmamalı olduğunu İran İslam Respublikasına xatırladırıq!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top