MM sədri: “Səfirliyimizə xain hücumun obyektiv şəkildə araşdırılmasını tələb edirik!” — FOTO

GÜNDƏM 27 yan 2023, 15:09
“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı “Twitter” hesabındakı paylaşımında bildirib.

O, şəhid olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyib, yaxınlarına dərin hüznlə başsağlığı verib.

“Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik!” - deyə Sahibə Qafarova qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top