Kiyev İran dronları ilə vurulur — VİDEO

DÜNYA 26 yan 2023, 17:18
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gündən etibarən Kiyev də daxil olmaqla, demək olar ki, Ukraynanın bütün vilayətlərində hava həyəcanı siqnalı verilib.

“Xüsusilə gecədən səhər saatlarına qədər Kiyevə Belarus ərazisindən İran istehsalı olan “Shahed-136” dronları və raketləri ilə hücumlar olub. Onların hamısı havada ikən zərərsizləşdirilib”, - deyə jurnalist qeyd edib.

Qeyd edilib ki, əhaliyə zirzəmilərə keçməklə bağlı xəbərdarlıq edilir. Çünki Kiyev, Jitomir və Çerniqova uzaqmənzilli raket hücumu ola bilər.

O da bildirilib ki, Soledarın Rusiya tərəfindən işğal olunması Baxmutun mühasirəyə alınması ehtimalını artırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top