Ermənistanın ombudsmanı istefa verdi

REGİON 23 yan 2023, 15:30
Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa ərizəsini bu ölkənin parlamentinə təqdim edib.

Bu barədə Ermənistan Ombudsman Aparatının sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

Bildirilib ki, bu qərar onun başqa işə keçməsi ilə əlaqədardır.

Ermənistan mətbuatının məlumatına əsasən, K.Qriqoryan bundan sonra Ali Məhkəmə Şurasında çalışacaq.

Xatırladaq ki, o, ötən il yanvarın 24-də ombudsman vəzifəsinə təyin olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top