Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi

HADİSƏ 20 yan 2023, 20:54
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 250 kvadratmetr olan obyektin (hazırda fəaliyyət göstərmir) 1 otağına yığılan taxta tullantıları 20 kvadratmetr sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 76 kvadratmetr olan mənzilin bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Obyekt və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top