İranda zəlzələ oldu — 120 yaralı var

REGİON 18 yan 2023, 21:33
İranın şimal-qərbində 5,4 bal gücündə zəlzələ baş verib, 120 nəfər xəsarət alıb.

Demokrat.az bildirir ki, bu barədə  Sinxua agentliyi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 13:38-də  Xoy şəhəri yaxınlığında, 12 kilometr dərinlikdə baş verib

Bölgəyə zərərin qiymətləndirilməsi üzrə  qruplar və xilasedicilər göndərilib.

İranın bəzi bölgələrinə də çox ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən ilin oktyabrında İranın şimal-qərbində 5,4 bal gücündə zəlzələ nəticəsində 500-dən çox insan zərər çəkib.

Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top