“Antiterror əməliyyatlarının başlayacağı realdır”

SİYASƏT 18 yan 2023, 19:53
"Hazırda Ermənistan Azərbaycanla  destruktiv siyasət aparır".

Bu fikirləri Demokrat.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq əlavə edib ki,  Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi  Qarabağda silahlı münaqişə gündəmə gətirib:

"Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması, Azərbaycan suverenliyini, təhlükəsizliyini təmin edən faktordur. Təbii ki, Azərbaycan bunlara son qoymalıdır. Bu xüsus da, erməni silahlıları çıxarılmayacaqsa, antiterror əməliyyatları başlaya bilər. Bu, realdır. İki ildən artıq vaxt keçib, ancaq silahlı  erməni birləşmələrinin mütəmadi olaraq Azərbaycana qarşı təxribatçı hərəkətlər edirlər. Həmçinin, köçkünlərimizin işğaldan azad olunmuş ərazilərdə köçürülməsi ləngiyir. Ona görə də, silahlı erməni birləşmələrinin çıxarılmasını rəsmiləşdirməsini həyata keçirməlidir. Onların orada qalması separatizmin inkişafına gətirib çıxaran faktordur. Düşünürən ki, bu istiqamətdə Qarabağda hər an hərbi əməliyyatlar baş verə bilər. Ümumiyyətlə, erməni birləşmələrinin danışıqlar yoluyla çıxarılması mümkün olmayacaq. Ermənistanla indiyə qədər heç bir məsələni danışıqlar yoluyla həll edilməyib".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top