“Qərb İranda rejimin dəyişməsi üçün etirazçılara dəstək verə bilər” — ŞƏRH

REGİON 17 yanvar 2023, 21:19
"İranda etiraz aksiyalarının artan tempdə davam etməsi bu prosesin inqilaba dönüşəcəyindən xəbər verir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. 

Onun sözlərinə görə, son olaraq baş verən edamlar öz növbəsində ABŞ rəsmilərinin, Böyük Britaniya və Fransanın siyasi olaraq qiymət verdiyini göstərir: 

"Bu isə ondan xəbər verir ki, böyük güclər İranda baş verən hadisələri yaxından izləyir və prosesin davamından asılı olaraq mövqe bildirməyə başlayacaqlar. Mümkündür ki, etiraz aksiyalarının inqilaba dönüşməsi fonunda Qərb ölkələri də mövcud rejimin dəyişilməsi üçün iğtişaşlarda iştirak edən etirazçılara dəstək versin. 

Təbii ki, artıq İran inqilabı fonunda da bəzi hadisələr də cərəyan edib. Qərb mövcud şah rejiminin devrilməsində hazırkı rejimə dəstək verib. Bu gün rejim nə qədər inkar etsə də, bütün hallarda prosesin inqilaba dönüşəcəyi təqdirdə Fransa, ABŞ, Böyük Britaniya olmaqla, Qərb də öz dəstəyini İrana verəcək".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top