"Talıbovlar ailəsi onları dəlixanaya salırdı, şantaj və təhdid edirdi" — ŞOK FAKTLAR AÇIQLANDI

SİYASƏT 13 yan 2023, 22:06
"Talıbovlar ailəsinin özbaşınalığı uzun illər davam edib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.  Partiya sədri bildirib ki, onlar müxtəlif insanları həyatına ciddi təsirlər edib:



"Talıbovlar ailəsi insanların bizneslərini çökdürüb, onları həbsə atdırıblar. Yəni, Naxçıvanda hər cür qanunsuzluqlar ediblər. Ancaq bu günə qədər insanlar niyə səslərini çıxarmayıb? Çünki qorxublar. Bunun çox sadə səbəbi var. İnsanlar daha betər zülmlə üzləşməkdən qorxublar. Ona görə də, susublar, gizləniblər. Bu gün münbit bir şərait var deyə, bunları etiraf edirlər. Təsəvvür edin, bir adamın biznesi alınır, bu adam üsyan edir, efirlərə çıxır, səhərisi gün gəlib adamın evindən silah tapırlar. Aparırlar həbs edirlər, dəlixanaya salırlar ki, bu dəlidir. Təbii ki, insan mülkünün itirilməsi ilə razı olacaq, təki həbsə düşməsin, təki övladına bir şey olmasın. Təbiidir, qorxu mühitində insanları qınamaq olmaz. İnsanları şantaj, təhdid edirdilər ki, öldürərik, dəlixanaya salırıq. İndi deyilən məsələlər araşdırılmalıdır və bunlara artıq hüquqi qiymət verilməlidir".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top