Bakıda borc pul üstündə dava düşdü — TƏFƏRRÜAT

KRİMİNAL 13 yan 2023, 11:45
Bakının Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Pənah şəxsi münasibətlər zəminində yarana  münaqişə zamanı tanışı Bəxtiyara xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 14-də baş verib. 

Pənah həmin gün saat 20 radələrində Bəxtiyara aralarında olan borcu yaxın müddət ərzində bağlayacağını bildirib. 

Daha sonra Bəxtiyarın kobud cavab verməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yanıb. Mübahisə zamanı o, Bəxtiyarı əli ilə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bəxtuiyar onun qonşusudur: “Bəxtiyara 70 manat borcum olub. Bəxtiyar mənə zəng etdi, məndən borclu olduğum pulu istədi. Bəxtiyara təxminən 10 dəqiqədən sonra yaşadığım ünvana gələcəyimi bildirdim. Daha sonra Bəxtiyarın yaşadığı ünvana edərək onunla görüşdüm. Görüş zamanı Bəxtiyar pulu qaytarmağımı dedi. Hazırda üstümdə pul olmadığını, bir həftədən sonra pulunu qaytaracağımı bildirdim. Lakin Bəxtiyar mənimlə razılaşmadı. Aramızda sözlü mübahisə düşdü. Mübahisə zamanı Bəxtiyar üzərimə hücum çəkdi. Bu zaman Bəxtiyardan cəld tərpənərək onun sifət nahiyəsindən bir neçə yumruq zərbəsi vurdum”.

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Pənahın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top