Xəzər RİH məsuliyyətdən niyə yayındı?

SOSİAL 11 yan 2023, 16:56
Dünən İTV-də praym-taymda verilən ana xəbər buraxılışında  efirə çox ciddi bir mövzuya toxunan süjet verildi. Süjetin mövzusu diqqətimi çəkdiyindən sonadək baxmaq qərarına gəldim. 

Süjetdə  Buzovna qəsəbəsində qaz xətlərinin üzərində inşa edilən yeni tikililərdən söhbət gedirdi.  İTV əslində çox aktual mövzuya toxunmuşdu. Əraziyə baxış keçirən TV əməkdaşları sakinlərin biriylə söhbət etdikdən sonra  mövzuya aydınlıq gətirmək məqsədiylə Xəzər RİH-ə müraciət etməli olur. Xəzər RİH rəsmiləri çox maraqlı cavab verərək televiziya əməkdaşını sadəcə yola verərək, TV-nin xanım əməkdaşına məsələ ilə bağlı məhz Buzovna bələdiyyəsinə müraciət etməyi məsləhət görür. Yenidən Buzovnaya gələn televiziya əməkdaşı bələdiyyədə bir kimsə ilə görüşə bilməsə də, bələdiyyə sədriylə telefonla canlı əlaqə quraraq sədrində fikrini öyrənərək efirə verdi. Suala ekspromt cavab verən bələdiyyə sədri adıgedən  ərazinin torpaqlarının bələdiyyə mülkiyyətinə verilmədiyi üçün konkret cavab verə bilmədiyini dedi. Yekunda isə Fövqalədə Hallar Nazirliyinin rəsmisi bu cür məsələlərdə qanunverciliyin tələblərinə toxundu. 

Beləliklə, bizi narahat edən və diqqətimi çəkən əsas məqam Xəzər RİH rəsmisinin məsələnin bələdiyyənin üstünə atması idi. 

Belə çıxır ki, Xəzər RİH rəsmilərinin Buzovna qayalıqları üzərində inşa edilən villalardan, ölkə başçısının birbaşa tapşırıgı ilə o villaların söküntüsündən, bu yaxınlarda şəhid bulağının açılışını edib, belə demək olarsa, inşasına göz yumub, sonradan bir göz qırpımında sökülməsindən, ucsuz-bucaqsız Binə qəsəbəsində inşa edilən adsız küçə və meydanlardan xəbəri yox imiş. Bu gün sənədsiz evlərin hansı forma və məzmunda inşa edilməsindən də yəqin ki, xəbərləri yoxdur. Bir neçə il əvvəl RİH-də aparılan əməliyyatdan, əməliyyat nəticəsində üzə çıxan “bloknot”dan da yəqin heç kimin xəbəri yox imiş. Nə isə…

Sıralamanı çox uzatmaq istəmirəm. Hələ yaxın keçmişdə prosesin necə və hansı şəkildə həyata keçirildiyini 7-dən 77-yə kimi hər kəs bildiyi halda yəqin ki, yerli məmurların bu işdən xəbəri olmamiş deyil. Sözümün canı heç bu da deyil. Olsun. Amma məsuliyyəti haqsız yerə hansısa bələdiyyənin üzərinə atılması yolverilməzdir. Konkret. Ən əsası qəbuledilən deyil.

Hər halda mənim bir tamaşaçı  kimi Xəzər RİH-ə olan hörmət və ehtiramımın hansısa məmurun  bir cümləsiylə sıfıra düşməsindən  çox təəssüfləndim…. 

P.S. Belə maraqlı süjeti efirə verdiyinə görə İTV komandasına təşəkkür edirəm.

P.S.S. Bələdiyyə sədrlərini hansısa neqativ addım atmağa məcbur edib, sonra da məqam gələndə  onları “keçi qiymətinə baqaja qoyan”   RİH təmsilçilərinə konkret olaraq ayıb olsun.

P.S.S. Bələdiyyələrin fəaliyyətinə dəstək verən Nərimanov, Səbail və Sabunçu RİH başçılarına isə təşəkkür edirəm. 

Vüqar Tofiqli
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top