Azərbaycan, Türkiyə və İran spikerləri GÖRÜŞƏCƏK

SİYASƏT 08 yan 2023, 22:40
Azərbaycan, Türkiyə və İran parlamentinin spikerləri arasında üçtərəfli görüş keçiriləcək. 

Demokrat.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.

O, Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Türkiyəyə səfər edəcəyini deyib. Üçtərəfli görüşün Antalya şəhərində keçiriləcəyi qeyd olunur.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top