ABŞ iranlılara qarşı sanksiya tətbiq etdi

DÜNYA 06 yan 2023, 20:43
ABŞ rəsmiləri Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli altı İran vətəndaşına qarşı sanksiya tətbiq edib.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki,bu barədə  ABŞ Maliyyə Nazirliyinin saytında qeyd olunur.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamenti “Qods Aviation Industries” şirkətinin altı idarə nümayəndəsi və direktorlar şurasının üzvlərinə məhdudiyyətlər qoyub. 

Şirkət ABŞ sanksiyaları altındadır və ölkədə pilotsuz təyyarələrin hazırlanması və istehsalına cavabdeh olan əsas müdafiə istehsalçısıdır.

Vaşinqton hesab edir ki, İran bu dronları Ukraynadakı döyüşlər zamanı bu texnikadan istifadə edən Rusiyaya verib.

Bundan əlavə, İranın ballistik raket proqramına nəzarəti həyata keçirən Aerokosmik Sənaye Təşkilatının direktoruna da məhdudiyyətlər qoyulub.

Qeyd edək ki , daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiyaya İran pilotsuz təyyarələrinin tədarükü ilə bağlı ittihamlarının sübutsuz qaldığını bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top