Haaqada deputatlar Rusiya ilə bağlı tribunalın yaradılmasını dəstəkləyiblər

DÜNYA 04 yan 2023, 20:10
Haaqa Şəhər Şurasının deputatları Rusiya ilə bağlı tribunalın yaradılmasını dəstəkləyiblər.

Bu barədə "Ukrinform" məlumat yayıb.

Millət vəkilləri Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Lotte van Basten Batenburqun Rusiya ilə bağlı xüsusi tribunal yaratmaq təşəbbüsünü dəstəkləyiblər.
Təşəbbüsdə deyilir ki, əvvəllər bu cür tribunallar Ruanda və Yuqoslaviya üçün qurulub.

“Bizim Ukrayna üçün müharibədə törədilən cinayətləri və vəhşilikləri araşdıracaq, eləcə də mühakimə ilə məşğul olacaq xüsusi tribunala ev sahibliyi etmək üçün təcrübəmiz var”, - Lotte van Basten Batenburq deyib.

Şəhər Şurasının demək olar ki, bütün üzvləri onun təklifini dəstəkləyiblər.

Xatırladaq ki, bundan əvvəl NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı təcavüzü üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top