Pentaqon 30 milyard dollarlıq F-35 qırıcıları alır

DÜNYA 31 dek 2022, 19:28
ABŞ Müdafiə Nazirliyi və "Lockheed Martin" konserni arasında 398 ədəd F-35 qırıcısının istehsalı və tədarükü ilə bağlı ümumi dəyəri 30 milyard dollar olan müqavilələr üzrə danışıqlar başa çatıb.

Bu barədə "European Defense Review" nəşri məlumat yayıb.

Yeni təyyarələr əvvəlki nəsildən fərqli olaraq təkmilləşdirilmiş avadanlığa malikdir, yeni inteqrasiya olunmuş nüvə prosessoru, panoramik kokpit displeyi və genişləndirilmiş yaddaş blokundan ibarətdir.

Hazırda dünya ölkələrinin hava donanmasında 894 belə təyyarə var. F-35 proqramında ümumilikd 17 ölkə iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top