Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə DANIŞDI

XARİCİ SİYASƏT 31 dek 2022, 15:47
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, Ceyhun Bayramov Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top